ABŞ Əfqanıstanda İŞİD rəhbərlərindən birinin məhvi xəbərini təsdiqləyib

ABŞ Əfqanıstanda İŞİD rəhbərlərindən birinin məhvi xəbərini təsdiqləyib Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın Silahlı Qüvvələri Əfqanıstanda İŞİD rəhbərlərindən birinin məhv edilməsi xəbərini təsdiqləyib.
Digər ölkələr
3 Sentyabr , 2018 05:51
ABŞ Əfqanıstanda İŞİD rəhbərlərindən birinin məhvi xəbərini təsdiqləyib

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın Silahlı Qüvvələri Əfqanıstanda İŞİD rəhbərlərindən birinin məhv edilməsi xəbərini təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə CNN məlumat yayıb. 

Bildirilir ki, Əbu Səid Orakzai Nanqarhar vilayətinə endirilmiş hava zərbəsi nəticəsində öldürülüb.

"Bu, koalisiyanın Əfqanıstanda təhlükəsizlik probleminin həlli işinin tərkib hissəsidir, lakin bu (terrorçunun məhvi - red), həyati baxımdan vacib hissədir" – deyə telekanal Əfqanıstanda ABŞ və NATO-nun hərbi qüvvələrinin komandanı, general Skott Millerdən sitat gətirib.

Son xəbərlər

Orphus sistemi