​ABŞ qoşunları Əfqanıstanı tərk edib

​ABŞ qoşunları Əfqanıstanı tərk edib Əfqanıstanda 140 min ABŞ hərbçisindən yalnız 13 min 500 nəfəri qalacaq
Digər ölkələr
27 Dekabr , 2014 03:54
​ABŞ qoşunları Əfqanıstanı tərk edib
Bakı. 27 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatlar prezidenti Barak Obama Havay adalarındakı strateji obyektdə çıxışı zamanı ABŞ qoşunlarının Əfqanıstanı tərk etdiyini bildirib.

"Report" xəbər verir ki, prezidentin sözlərinə görə, ABŞ hərbçilərinin qəhrəmanlığını bütün dünya xatırlayacaq, çünki onların səyləri 11 sentyabr 2001-ci il terror aktından sonra yaranan münaqişəni həll etməyə imkan verdi.

Rəsmi Vaşinqton bəyan edib ki, Əfqanıstanda 140 min ABŞ hərbçisindən yalnız 13 min 500 nəfəri qalacaq. Onlar əfqanlara terrorçulara qarşı hərbi əməliyyatlarda yardım göstərmək üzrə təlim keçəcəklər.

Son xəbərlər

Orphus sistemi