ABŞ dünyada koronavirusla mübarizəyə vəsait ayırır

ABŞ dünyada koronavirusla mübarizəyə vəsait ayırır ABŞ hökuməti xarici ölkələrin koronavirusla mübarizəsi çərçivəsində humanitar, tibbi, ekoloji tədbirlərə 225 milyon ABŞ dolları məbləğində vəsait ayıracaq.
Digər ölkələr
473
7 Aprel , 2020 21:06
ABŞ dünyada koronavirusla mübarizəyə vəsait ayırır

ABŞ hökuməti xarici ölkələrin koronavirusla mübarizəsi çərçivəsində humanitar, tibbi, ekoloji tədbirlərə 225 milyon ABŞ dolları məbləğində vəsait ayıracaq.

“Report” AP-yə istinadən xəbər verir ki, dövlət katibi Mayk Pompeo bu yardım çərçivəsində fərdi qoruma vasitələrinə tələbatın yüksək səviyyədə qarşılanmasının da daxil olunduğunu bildirib.

Ayrılacaq vəsaitin müayinə, qabaqlayıcı və nəzarət tədbirləri, milli səhiyyə sistemlərinin dəstəklənməsi, tibbi heyətin təlimi, laboratoriyalar hazırlamaq kimi tədbirlərə sərf olunacağı diqqətə çatdırılıb.

Ötən ay ABŞ hökuməti 64 ölkəyə koronavirusun qarşısını almaq və müalicə tədbirlərini dəstəkləmək üçün 274 milyon ABŞ dolları ayıracaqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi