ABŞ döyüş meydanında rabitə üçün ilk dəfə olaraq Ukraynanı peyk antenləri ilə təmin edəcək

ABŞ döyüş meydanında rabitə üçün ilk dəfə olaraq Ukraynanı peyk antenləri ilə təmin edəcək ABŞ-ın Ukraynaya hərbi yardım paketinə ilk dəfə olaraq peyk antenləri daxil olacaq. Onların döyüş meydanında ünsiyyəti yaxşılaşdırmağa kömək edəcəyi gözlənilir
Digər ölkələr
28 oktyabr 2022 21:27
ABŞ döyüş meydanında rabitə üçün ilk dəfə olaraq Ukraynanı peyk antenləri ilə təmin edəcək

ABŞ-ın Ukraynaya hərbi yardım paketinə ilk dəfə olaraq peyk antenləri daxil olacaq. Onların döyüş meydanında ünsiyyəti yaxşılaşdırmağa kömək edəcəyi gözlənilir.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Sabrina Sinqx bildirib.

Məlumata görə, “Starlink” sistemindən kənarda işləyən dörd peyk rabitə anteni təmin ediləcək. Eyni zamanda, nümayəndənin sözlərinə görə, bu, amerikalı milyarder İlon Maskın “Starlink”in Ukraynadakı fəaliyyətinin maliyyələşdirilməsindən itkilərlə bağlı son açıqlamaları ilə əlaqəli deyil.

“Biz ilk dəfə olaraq dörd peyk rabitə antenasını göndəririk”, - S.Sinqx qeyd edib.

O, bu antenaların istənilən peyk sistemləri ilə işləməyə qadir olduğunu da vurğulayıb. Təchizat ehtiyacı onunla əlaqədardır ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri enerji obyektlərinin daim dağıdılması şəraitində döyüş meydanında sabit rabitəyə ehtiyac duyurlar.

Son xəbərlər

Orphus sistemi