Yuxarı

​ABŞ dövlət katibinin müavini Rusiyanın Suriyadakı əməliyyatlarına münasibət bildirib

Entoni Blinken: Türkiyə ilə gerçəkləşdirəcəyimiz hava əməliyyatları 122 km-lik ərazinin İŞİD-dən təmizlənməsinə yardım edəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ "Suriyanın Türkiyə ilə sərhədlərində apardığımız əməliyyatlar bölgənin terrorçu İŞİD qruplaşmasından təmizlənməsinə xidmət edir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Entoni Blinken Atlantik İqtisadi və Eneji Şurasının İstanbulda keçirilən sammitində Suriyadakı hadisələri dəyərləndirərkən bildirib.

"Rusiya Suriyada kirli kampaniya aparır. Rusiya Suriyadakı fəaliyyəti ilə Əsəd və İrana xidmət edir. İndiyədək İŞİD-ə qarşı 8 200 hava əməliyyatı həyata keçirmişik. Mosul-Rakka arasında silah və qaçaq neft daşınmasını dayandırmışıq. Türkiyə ilə gerçəkləşdirəcəyimiz hava əməliyyatları 122 km-lik ərazinin İŞİD-dən təmizlənməsinə yardım edəcək.

Rusiya ağır maliyyə şərtləri səbəbindən hava əməliyyatlarını uzun müddət sürdürə bilməyəcək. O, Əsəd, İran və "Hizbullah"ın yardımına əsasən həyata keçirdiyi hava əməliyyatları ilə Suriyadakı çoxluğa qarşı fəaliyyət göstərir. Bununla da Rusiya özünü islam dünyasından uzaqlaşdırır", - Blinken deyib.

Məlumata görə, dövlət katibinin müavini Entoni Blinken Türkiyənin energetika və təbii ehtiyatlar naziri Ali Rıza Alaboyunla da görüşüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi