ABŞ dövlət katibinin maşın karvanı Hindistanda qəzaya düşüb

ABŞ dövlət katibinin maşın karvanı Hindistanda qəzaya düşüb Karvanın iki avtomobili toqquşub, Con Kerri birinci avtomobildə olub
Digər ölkələr
12 Yanvar , 2015 16:08
ABŞ dövlət katibinin maşın karvanı Hindistanda qəzaya düşüb

Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerrinin maşın karvanı Hindistanın Əhmədabad şəhərində (Qucarat ştatı) qəzaya düşüb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki məlumat verib. 

"Qəza dövlət katibinin aeroporta getdiyi zaman baş verib. Maşın karvanının iki avtomobili toqquşub, Con Kerri birinci avtomobildə olub", - o qeyd edib. 

C.Psakinin sözlərinə görə, yol nəqliyyatı hadisəsi nəticəsində heç kim xəsarət almayıb. 

Qeyd edək ki, C.Kerri Hindistana bir gün əvvəl iqtisadi forumda iştirak etmək üçün gəlib. 

Son xəbərlər

Orphus sistemi