​ABŞ dövlət katibi və Fransa XİN rəhbəri Ukrayna, Fələstin-İsrail münaqişəsini və Suriya problemini müzakirə edib

​ABŞ dövlət katibi və Fransa XİN rəhbəri Ukrayna, Fələstin-İsrail münaqişəsini və Suriya problemini müzakirə edib Con Kerri Ukrayna üzrə Minsk sazişinin prinsiplərinin tam reallaşmasının vacibliyini vurğulayıb
Digər ölkələr
30 İyul , 2016 22:22
​ABŞ dövlət katibi və Fransa XİN rəhbəri Ukrayna, Fələstin-İsrail münaqişəsini və Suriya problemini müzakirə edib

Bakı. 30 iyul. REPORT.AZ/ Fransaya səfər etmiş ABŞ dövlət katibi Con Kerri Parisdə bu ölkənin xarici işlər naziri Jan-Mark Eyro ilə görüşüb.

"Report"un məlumatına görə, bununla bağlı Fransanın Xarici İşlər Nazirliyi xəbər yayıb.

Nazirliyin yaydığı məlumata görə, danışıqların əsas mövzusu Ukrayna məsələsi, Fələstin-İsrail münaqişəsinin həlli və Suriyadakı vəziyyət olub.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi isə bəyan edib ki, dövlət katibi Con Kerri Ukrayna üzrə Minsk sazişinin Parisdə keçirilməsinin vacibliyini bildirib və ABŞ bu məsələnin həllində həm Ukraynaya, həm də Rusiyaya köməyini təklif edib.

"Dövlət katibi Ukrayna üzrə Minsk sazişinin prinsiplərinin tam reallaşmasının vacibliyini vurğulayıb və bildirib ki, biz bunun üzərində işləmək niyyətindəyik" – deyə danışıqlar barədə məlumat verən ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

Son xəbərlər

Orphus sistemi