ABŞ dövlət katibi prezidentlər Tramp və Putinin görüşünün şərtlərini açıqlayıb

ABŞ dövlət katibi prezidentlər Tramp və Putinin görüşünün şərtlərini açıqlayıb Prezidentlərin görüşü noyabrın 10-da baş tutacaq
Digər ölkələr
9 Noyabr , 2017 14:41
ABŞ dövlət katibi prezidentlər Tramp və Putinin görüşünün şərtlərini açıqlayıb
РИА Новости/ Михаил Климентьев

Bakı. 9 noyabr. REPORT.AZ / Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü noyabrın 10-da baş tutacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, hazırda görüşün detalları razılaşdırılır.

Bir müddət əvvəl xarici işlər naziri Sergey Lavrov qeyd etmişdi ki, Vladimir Putin noyabrın 10-11-də Vyetnamda keçiriləcək ASİƏ sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşməyə hazırdır.

ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Vyetnamdakı görüş yalnız liderlərin konkret müzakirə mövzusu olduğu halda baş tutacaq. Onun sözlərinə görə, rəsmi görüş barədə yekun qərar qəbul edilməyib. 

Bundan əvvəl ABŞ prezidenti Rusiyanın dövlət başçısı ilə mümkün danışıqları vacib sayıb. Onun sözlərinə görə, rəsmi Moskva Pxenyana təzyiqi artırmağa kömək edə bilər. Bundan başqa, o, V.Putinlə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi