Yuxarı

ABŞ dövlət katibi Misir, İordaniya və Fələstin liderləri ilə görüşüb

Yaxın Şərq sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib

Bakı. 13 mart. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Misir, İordaniya və Fələstin liderləri ilə görüşüb. 

"Report" "Azadlıq radiosu"na istinadən xəbər verir ki, görüş Misirin Şarm al-Şeyx şəhərində keçirilən investisiya konfransı çərçivəsində baş tutub.

Misir prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Yaxın Şərq sülh prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Həmçinin Kerrinin konfrans çərçivəsində keçirəcəyi görüşlərdə İranın nüvə proqramı ilə bağlı Tehranla 6 qərb ölkəsi arasındakı razılaşma, İslam Dövləti yaraqlıları ilə mübarizə və Suriya münaqişəsinin müzakirəsi gözlənilir.

Bundan sonra Kerri martın 15-də Çenevrdə İranın xarici işlər naziri Mohammad Javad Zariflə görüşəcək.

Söhbət İranın nüvə proqramından imtina etməsi əvəzində Tehrana qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsindən gedir.

Tərəflər iyunun sonunadək yekun razılıq əldə etmək qərarına gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi