ABŞ dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

ABŞ dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək Con Kerri Bişkek, Səmərqənd, Astana, Düşanbə və Aşqabadda olacaq
Digər ölkələr
28 Oktyabr , 2015 04:18
ABŞ dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Mərkəzi Asiya ölkələrinə səfər edəcək. "Report"un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin rəsmiləri bildirib ki, səfər oktyabrın sonu-noyabrın əvvəlində baş tutacaq.

Con Kerri Bişkek, Səmərqənd, Astana, Düşanbə və Aşqabada ikitərəfli danışıqlar aparmaq niyyətindədir. Bu onun bir neçə Mərkəzi Asiyanı dövlətini əhatə edən ilk belə səfərdir.

ABŞ dövlət katibinin Bişkekdə Amerika Universitetin kampüsunun açılışında, Səmərqənddə isə beş ölkənin XİN başçılarının görüşündə iştirakı planlaşdırlıb.  

Son xəbərlər

Orphus sistemi