ABŞ dövlət katibi Mayk Pompeo ilə Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub

ABŞ dövlət katibi Mayk Pompeo ilə Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub ABŞ dövlət katibi Mayk Pompeo Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.
Digər ölkələr
26 İyul , 2019 03:38
ABŞ dövlət katibi Mayk Pompeo ilə Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub

ABŞ dövlət katibi Mayk Pompeo Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər arasında olan danışıq zamanı Əfqanıstanda müharibənin başa çatdırılması əsas müzakirə mövzusu olub. 

Pompeo onu da bildirib ki, məsələ ilə bağlı növbəti addımların atılması üçün Kabula ABŞ Hərbi Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordla ölkənin Əfqanıstandakı xüsusi nümayəndəsi Zalmaya Xəlilzadəni göndərib.

Qeyd edək ki, iyulun 22-si ABŞ lideri Donald Tramp açıqlama vermişdi ki, əgər Amerika Əfqanıstandakı müharibədə qalib gəlsə, o zaman həmin ölkə 10 gün ərzində xəritədən silinəcək. Açıqlamadan sonra Rəsmi Kabul Vaşiqtondan məsələyə aydınlıq gətirmələrini istəmişdi. 

Son xəbərlər

Orphus sistemi