ABŞ dövlət katibi Körfəz ölkələri XİN başçılarıyla İran və Suriyadakı vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Körfəz ölkələri XİN başçılarıyla İran və Suriyadakı vəziyyəti müzakirə edib Con Kerri danışıqlarda "yaxşı təşəbbüslər"in olduğunu qeyd edib
Digər ölkələr
23 Yanvar , 2016 15:51
ABŞ dövlət katibi Körfəz ölkələri XİN başçılarıyla İran və Suriyadakı vəziyyəti müzakirə edib

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri ər-Riyadda Körfəz ölkələrinin xarici işlər nazirləriylə görüşüb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, tərəflər İran və Suriyadakı vəziyyəti müzakirə ediblər.

C.Kerri danışıqlarda "yaxşı təşəbbüslər"in olduğunu qeyd edib. O, həmçinin Suriyadakı vəziyyətlə bağlı yaxın günlərdə yenidən danışıqlara başlayacağıyla bağlı vəd də verib.

Qeyd edək ki, daha əvvəl Con Kerri Suriya hökuməti və müxalifəti arasında 2016-cı ilin yanvarına planlaşdırılan danışıqların birbaşa aparılmayacağını açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi