Yuxarı

Con Kerri insan hüquqları sahəsində müsbət əməkdaşlıq kontekstində Azərbaycana istinad edib

O, bir qrup məhbusun azadlığa buraxılmasının Dövlət Departamenti tərəfindən alqışlandığını xatırladıb

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatının ictimaiyyətə açıqlanması çərçivəsində dövlət katibi Con Kerri jurnalistlərə məlumat verib. "Report"un məlumatına görə, çıxışı əsnasında dövlət katibi ABŞ tərəfindən insan hüquqları sahəsində nail olduğu müsbət əməkdaşlıqdan danışarkən Azərbaycana istinad edib. 

O, bu mənada ötən ay Azərbaycan Respublikası Prezidentinin müvafiq əfv sərəncamı ilə bir qrup məhbusun azadlığa buraxılmasının Dövlət Departamenti tərəfindən alqışlandığını xatırlayıb və bu istiqamətdə işin davam etdiriləcəyinə əminliyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi