ABŞ dövlət katibi İraqda səfərdədir

ABŞ dövlət katibi İraqda səfərdədir Mayk Pompeo parlament sədri Məhəmməd əl Əblusi ilə görüş keçirir
Digər ölkələr
9 Yanvar , 2019 14:11
ABŞ dövlət katibi İraqda səfərdədir

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo elansız Bağdada gəlib.

“Report” “Al Sharq al Awsat”a istinadən xəbər verir ki, amerikalı qonaq hazırda parlament sədri Məhəmməd əl Əblusi ilə görüş keçirir.

“Al Jazeera” ABŞ dövlət katibi M.Pompeonun Baş nazir Adil Əbdül Mehdi və başqa rəsmi şəxslərlə də görüşəcəyini bildirib. 

“Thenational.ae” xəbər verir ki, M.Pompeo ilə İraq rəsmiləri arasında söhbətin əsas mövzusu İŞİD ilə mübarizə məsələsidir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti M.Pompeonun yanvarın 8-15 tarixlərində İordaniya, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Oman və Küveytə səfər edəcəyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi