Yuxarı

ABŞ dövlət katibi İraqa elan edilməmiş səfər edib

Con Kerri ölkə rəhbərliyi ilə İŞİD-ə qarşı mübarizə məsələsini müzakirə edəcək

Bakı. 8 aprel. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri bu gün İraqa əvvəlcədən elan edilməmiş səfər edib. O, adıçəkilən ölkə rəhbərliyi ilə İŞİD-ə qarşı mübarizə məsələsini müzakirə edəcək.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

C.Kerri səfər çərçivəsində İraqın baş naziri Hayder əl-Abadi, xarici işlər naziri İbrahim əl-Cəfəri və İraqın şimalındakı regional hökumətin rəhbəri Neçirvan Bərzani ilə görüşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi