ABŞ dövlət katibi İrana qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb

ABŞ dövlət katibi İrana qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb "İran bir seçim etmək məcburiyyətindədir"
Digər ölkələr
21 May , 2018 18:51
ABŞ dövlət katibi İrana qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb

Bakı. 21 may. REPORT.AZ/ "ABŞ İranın siyasətində real dəyişiklik olmayacağı təqdirdə, sanksiyaları aradan qaldırmayacaq".

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Vaşinqtonda "Heritage Foundation"da çıxışı zamanı İrana qarşı sanksiyaların yumşaldılması üçün 12 şərti açıqlayarkən deyib.

"Tehranın siyasətində daimi və real dəyişiklik olacağı təqdirdə, biz tətbiq etdiyimiz məhdudiyyətləri yumşaldacağıq", - M.Pompeo bildirib.

Onun sözlərinə görə, hazırda tətbiq edilən sanksiya İrana xaricdəki müttəfiqlərini maliyyələşdirmək imkanı verməyəcək: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir". 

Son xəbərlər

Orphus sistemi