ABŞ dövlət katibi dörd ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələri kəsməsini şərh edib

ABŞ dövlət katibi dörd ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələri kəsməsini şərh edib Reks Tillerson: "Körfəz Əməkdaşlıq Şurası birlik olaraq qalmalıdır"
Digər ölkələr
5 İyun , 2017 11:10
ABŞ dövlət katibi dörd ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələri kəsməsini şərh edib

Bakı. 5 iyun. REPORT.AZ/ABŞ dövlət katibi Reks Tillerson bir sıra Körfəz ölkələrinin Qətər ilə diplomatik əlaqələri kəsdiyini elan etməsindən sonra region dövlətlərini birliyə çağırıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Əlbəttə ki, tərəfləri birlikdə danışıqlar masasına əyləşməyə və bu fikir ayrılığını həll etməyə çağırırıq. Problemin aradan qaldırılmasında oynaya biləcəyimiz hansısa rol varsa, hesab edirik ki, Fars körfəzi ərəb dövlətləri Əməkdaşlıq Şurası birlik olaraq qalmalıdır", - deyə ABŞ dövlət katibi Sidneydə bildirib.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətər ilə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan edib. Onlar Dohanı terror təşkilatlarına yardım göstərməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmağa yönəlik hərəkətlərdə ittiham ediblər.

Son xəbərlər

Orphus sistemi