ABŞ dövlət katibi bir sıra ölkələrdən olan həmkarları ilə onlayn görüş keçirəcək

ABŞ dövlət katibi bir sıra ölkələrdən olan həmkarları ilə onlayn görüş keçirəcək ABŞ dövlət katibi Entoni Blinken koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məsələləri müzakirə etmək üçün noyabrın 10-da bir sıra ölkələrdən olan həmkarları ilə onlayn görüş keçirmək niyyətindədir.
Digər ölkələr
6 Noyabr , 2021 06:46
ABŞ dövlət katibi bir sıra ölkələrdən olan həmkarları ilə onlayn görüş keçirəcək
Entoni Blinken

ABŞ dövlət katibi Entoni Blinken koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məsələləri müzakirə etmək üçün noyabrın 10-da bir sıra ölkələrdən olan həmkarları ilə onlayn görüş keçirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Blinkenin adından yayımlanan açıqlamada deyilir.

Blinkenin sözlərinə görə, görüş iştirakçıları koronavirusa qarşı vaksinlərin ədalətli paylanması, eləcə də onların effektivliyi ilə bağlı məsələləri müzakirə edəcəklər:

“Biz həmkarlarımız, regional və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə dünyada COVID-19 ilə mübarizə, virusun təsiri və gələcəkdə pandemiya təhlükəsi baxımından mövcud vəziyyəti qiymətləndirəcəyik”.

Blinken həmçinin, pandemiyanın humanitar, iqtisadi və təhlükəsizlik sahələrində böhrana səbəb olduğuna diqqət çəkib.

Onlayn görüşdə hansı ölkələrin XİN rəhbərlərinin iştirak edəcəyi açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi