ABŞ Dövlət Departamenti: Ukraynadakı vəziyyətlə bağlı narahatlığımız azalmayıb

ABŞ Dövlət Departamenti: Ukraynadakı vəziyyətlə bağlı narahatlığımız azalmayıb “ABŞ Rusiyanın Təhlükəsizlik Dialoquna yazılı cavabının tərəflər arasında gələcək müzakirələr üçün zəmin yaradacağına ümid edir.
Digər ölkələr
16 fevral 2022 20:36
ABŞ Dövlət Departamenti: Ukraynadakı vəziyyətlə bağlı narahatlığımız azalmayıb

“ABŞ Rusiyanın Təhlükəsizlik Dialoquna yazılı cavabının tərəflər arasında gələcək müzakirələr üçün zəmin yaradacağına ümid edir.

Bizim Ukrayna ilə bağlı narahatlığımız bu səhərə qədər çox yüksəkdir".

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, qeyd edib ki, ABŞ Rusiyanın yeni hərbi qüvvələrinin Ukrayna ilə sərhədə gəlişini və "onların hər an səbəbsiz işğal üçün yerləşdirilməsinə imkan verən" mövqelər tutmasını izləyir.

"Ümid edirik ki, bu cavab gələcəkdə dialoq və müzakirələrin davamı üçün zəmin yaradacaq. Və biz bu mövzuda dialoqa və müzakirələrə hazırıq", - Prays keçirdiyi brifinqdə deyib.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Vaşinqton Rusiyadan yazılı cavabı “səbirsizliklə gözləyir”.

Son xəbərlər

Orphus sistemi