ABŞ Dövlət Departamenti: Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər

ABŞ Dövlət Departamenti: Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib ki, əgər Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi sistemlərini əldə etməsi sanksiyalarla qarşılaşmasa, o, bundan təəccüblənəcək.
Digər ölkələr
16 Fevral , 2018 01:38
ABŞ Dövlət Departamenti: Türkiyənin S-400 kompleksləri alması sanksiyalarla qarşılaşa bilər

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib ki, əgər Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi sistemlərini əldə etməsi sanksiyalarla qarşılaşmasa, o, bundan təəccüblənəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Nauert bu müqavilənin NATO razılaşmasını poza biləcəyini bildirib.

"Biz sanksiyaların tətbiqini qabaqcadan xəbər vermirik, amma əgər gələcəkdə sanksiyalar tətbiq edilməsə, bu məni təəccübləndirəcək", deyə - Nauert qeyd edib.

Qeyd edək ki, Türkiyə Rusiyadan növbəti dəfə “S-400” zenit-raket kompleksi alacaq. İki ölkə arasında imzalanan müqaviləyə görə, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.

ABŞ rəsmisi "İncirlik" hərbi bazasından istifadə üçün Türkiyə tərəfdən hər hansı maneənin olmadığını da deyib. "Türkiyə İŞİD-ə qarşı koalisiyanın bir parçası və NATO-dakı müttəfiqimizdir. İncirlikdən əməliyyatlarımızı davam etdiririk", - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi