ABŞ Dövlət Departamenti: Terror hadisəsinin araşdırılmasında Türkiyəyə kömək edəcəyik

ABŞ Dövlət Departamenti: Terror hadisəsinin araşdırılmasında Türkiyəyə kömək edəcəyik Biz terrorizmə qarşı mübarizədə NATO-dakı müttəfiqimiz Türkiyə ilə həmrəyik
Digər ölkələr
29 İyun , 2016 05:12
ABŞ Dövlət Departamenti: Terror hadisəsinin araşdırılmasında Türkiyəyə kömək edəcəyik

ABŞ İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror hadisəsinin təhqiqatı prosesində Türkiyəyə yaxından kömək edəcək. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin açıqlamasında bildirilir.    

Dövlət Departamentinin açıqlamasına görə, ABŞ terror aktının araşdırılmasında Türkiyə ilə sıx əlaqədə olacaq. "Biz terrorizmə qarşı mübarizədə NATO-dakı müttəfiqimiz Türkiyə ilə həmrəyik. Bu hücumlar bütün regionda terrorizm bəlası ilə mübarizə aparmaq işində Türkiyə hökuməti ilə işləməyə və ona dəstək verməyə sədaqətimizi gücləndirir" - deyə departamentin açıqlamasında qeyd edilir. 

Son xəbərlər

Orphus sistemi