​ABŞ Dövlət Departamenti Suriya qoşunu və kürdlərin birləşməsinə qarşı çıxıb

​ABŞ Dövlət Departamenti Suriya qoşunu və kürdlərin birləşməsinə qarşı çıxıb Mark Toner: "Biz həmişə demişik ki, Suriya rejiminə etibar etmək olmaz"
Digər ölkələr
23 Oktyabr , 2015 06:53
​ABŞ Dövlət Departamenti Suriya qoşunu və kürdlərin birləşməsinə qarşı çıxıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ hakimiyyəti "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı mübarizədə Suriyanın hökumət qoşunları ilə kürdlərin birləşməsinin mümkünsüz olduğunu hesab edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner bildirib.

"Biz həmişə demişik ki, fikrimizcə Suriya rejiminə etibar etmək olmaz və o, İŞİD-ə qarşı istənilən koalisiyada iştirak etmək iqtidarında deyil", - deyə o bildirib.

O, həmçinin Rusiya prezidenti Vladimir Putin ilə Suriyanın dövlət başçısı Bəşşar Əsədin görüşünü şərh edib və Putinin Əsədə öz xalqı ilə sərt davranmağa son qoyması üçün təsir göstərəcəyinə ümid etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi