ABŞ Dövlət Departamenti: "Rusiya sülh istəsəydi, qoşunlarını Ukraynadan çıxarardı"

ABŞ Dövlət Departamenti: "Rusiya sülh istəsəydi, qoşunlarını Ukraynadan çıxarardı" “Əgər Rusiya sülhə, müharibəyə son qoymağa ciddi yanaşsaydı, qoşunlarını Ukraynanın suveren ərazisindən çıxarardı”.
Digər ölkələr
6 Yanvar , 2023 11:38
ABŞ Dövlət Departamenti: Rusiya sülh istəsəydi, qoşunlarını Ukraynadan çıxarardı

“Əgər Rusiya sülhə, müharibəyə son qoymağa ciddi yanaşsaydı, qoşunlarını Ukraynanın suveren ərazisindən çıxarardı”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Onun sözlərinə görə, Rusiyanın birtərəfli atəşkəs rejimi tətbiq etməsi yeni hücumlar üçün qüvvə toplamaq məqsədi daşıyır.

N.Prays xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken bir neçə həftə əvvəl Rusiyanın yenidən silahlanmaq, qruplaşmaq və hücuma keçmək üçün fasilədən istifadə edəcəyini proqnozlaşdırmışdı: “Biz əminik ki, Rusiyanın hazırkı bəyanatını atəşkəs kimi qiymətləndirmək olmaz”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.

Son xəbərlər

Orphus sistemi