ABŞ Dövlət Departamenti: Rusiya özünü Qərb dövlətlərindən təcrid edir

ABŞ Dövlət Departamenti: Rusiya özünü Qərb dövlətlərindən təcrid edir Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya özünü Qərb dövlətlərindən təcrid edir.
Digər ölkələr
7 Aprel , 2018 01:49
ABŞ Dövlət Departamenti: Rusiya özünü Qərb dövlətlərindən təcrid edir

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya özünü Qərb dövlətlərindən təcrid edir.

"Report"  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Dövlət Departamentindən həmçinin bildiriblər ki, Birləşmiş Ştatlar Moskvanın öz hərəkətlərinə görə məsuliyyəti üzərinə götürməməsinə görə təəssüflənir. 

ABŞ-ın adı açıqlanmayan rəsmisi vurğulayıb ki, Rusiya pisniyyətli təcavüzkarlıq, o cümlədən kiberhücumlar və yalan məlumat vermə yolu ilə Qərbin demokratik proseslərinin məhvi istiqamətində davranış sərgiləyir.

Daha əvvəl Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi