Yuxarı

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

Bu barədə təşkilatın cümə günü nəşr edilən məlumatında bildirilir

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına İrana səfər etmənin təhlükəli olması barədə xəbərdarlıq edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın cümə günü nəşr edilən məlumatında bildirilir.

" İran siyasətinin müəyyən məqamları ABŞ sakinləri üçün təhlükəlidir. Bu səbəbdən xaricə səyahət etməyi planlaşdıran ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, sahibkarlar və alimlər, İrana səfər etməkdən çəkinməlidir. Bu ölkədə amerikalıların saxlanılması faktları istisna edilmir", - məlumatda bildirilir.

Sözü gedən tövsiyyənin xüsusi ilə ikili vətəndaşlığa sahib olan şəxslərə aid olduğu vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi