Yuxarı

ABŞ diplomatı Rusiyanın Suriyaya qoşun göndərməsinə münasibət bildirib

Terrorçuluğa qarşı mübarizə üçün Bəşşar Əsəd uyğun tərəfdaş deyil

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Suriyada İŞİD-ə qarşı mübarizədə ABŞ və Rusiyanın birgə maraqları var. Mən sadəcə olaraq, təkrar edirəm ki, prezident Obama ilə prezident Putin görüşdə bunu razılaşdırıblar".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens Rusiya qoşunlarından xaricdə istifadə edilməsinə dair Federasiya Şurasının qərarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri Suriaydakı koalisiya qüüvələri ilə Rusiya hərbçiləri arasında anlaşılmazlığın yaranmaması üçün prosesin kordinasiya edilməsinin vacibliyini razılaşdırıblar: "Vaşinqtonun mövqeyi belədir: Bəşşar Əsəd Suriyada terrorçuluğa və ekstremizmə qarşı mübarizədə uyğun tərəfdaş deyil". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi