ABŞ deportasiyanı 100 gün müddətinə dayandıracaq

ABŞ deportasiyanı 100 gün müddətinə dayandıracaq ABŞ Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin səmərəliliyini artırmaq üçün deportasiyaları 100 gün müddətinə dayandıracaq.
Digər ölkələr
125
21 Yanvar , 2021 10:48
ABŞ deportasiyanı 100 gün müddətinə dayandıracaq

ABŞ Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin səmərəliliyini artırmaq üçün deportasiyaları 100 gün müddətinə dayandıracaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat verib.

“Milli təhlükəsizlik, sərhəd təhlükəsizliyi və ictimai təhlükəsizliyin qorunmasına üstünlük verən miqrasiya qanunlarının ədalətli və effektiv şəkildə icra edilməsini təmin etmək üçün 22 yanvar 2021-ci il tarixindən etibarən 100 gün müddətinə deportasiya edilməli olan vətəndaşlığı olmayan şəxslərin ölkədən xaric edilməsi dayandırılacaq”, - bəyanatda deyilir.

Qeyd olunur ki, bu tədbir nazirliyə resursları ölkənin ən aktual problemlərinin həll edilməsinə, o cümlədən cənub-qərb sərhədində son bir əsrdə ictimai səhiyyə sahəsindəki ən böyük böhranın ən qızğın vaxtında operativ tapşırıqların yerinə yetirilməsinə yönəltməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi