​ABŞ dənizdə itkin düşən 12 hərbçisinin axtarışlarını dayandırıb

​ABŞ dənizdə itkin düşən 12 hərbçisinin axtarışlarını dayandırıb Sağ qalanları tapmaq əməli olaraq mümkün olmayıb
Digər ölkələr
21 Yanvar , 2016 07:56
​ABŞ dənizdə itkin düşən 12 hərbçisinin axtarışlarını dayandırıb

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın Sahil Mühafizəsi Havay adalarında iki hərbi vertolyotun toqquşmasından sonra itkin düşən 12 dəniz piyadasının axtarışlarını dayandırmaq qərarına gəldiyini bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 14-cü sahil mühafizə dairəsinin komandanı, kapitan Cim Cenkinsin sözlərinə görə, sağ qalanları tapmaq əməli olaraq mümkün deyil.

Lakin kapitan digər idarələrdən müvafiq təkliflər daxil olacağı təqdirdə axtarışların bərpa oluna biləcəyini istisna etməyib.

Göyərtəsində 12 nəfərin olduğu ABŞ dəniz piyadaları korpusunun iki "CH-53" tipli vertolyotu yanvarın 15-də toqquşub. Hadisə Havayın Oaxu adası sahillərində baş verib.

Son xəbərlər

Orphus sistemi