ABŞ hökuməti 200-dən çox hindistanlı miqrantı deportasiya edib

ABŞ hökuməti 200-dən çox hindistanlı miqrantı deportasiya edib ABŞ-də qanunsuz yaşayan 200-dən çox Hindistan vətəndaşı ABŞ hərbi-nəqliyyat təyyarəsi “C-17” ilə vətənlərinə deportasiya edilib.
Digər ölkələr
4 Fevral , 2025 09:23
ABŞ hökuməti 200-dən çox hindistanlı miqrantı deportasiya edib

ABŞ-də qanunsuz yaşayan 200-dən çox Hindistan vətəndaşı ABŞ hərbi-nəqliyyat təyyarəsi “C-17” ilə vətənlərinə deportasiya edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Mənbələrin məlumatına görə, bu, ABŞ-də qalma qaydalarını pozanların deportasiyası üçün təşkil ediləcək "çoxsaylı reyslərdən" birincisidir. Onları daşıyan təyyarə Texas ştatından yola düşüb.

Hindistanlıların ABŞ-dən çıxarılması Cənubi Asiya respublikasının Baş naziri Narendra Modinin gələn həftə Vaşinqtona səfər edəcəyi barədə məlumatlar fonunda başlayıb. Bu, ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra onun ilk səfəri olacaq.

Son xəbərlər

Orphus sistemi