ABŞ Daxili İşlər Nazirliyi Meksika ilə sərhəddə hərbçi sayının artmasını tələb edib

ABŞ Daxili İşlər Nazirliyi Meksika ilə sərhəddə hərbçi sayının artmasını tələb edib ABŞ Daxili İşlər Nazirliyi Pentaqondan Meksika ilə sərhəddə yerləşən miqrantlar üçün müvəqqəti saxlama mərkəzləri təmin etmək üçün əlavə 1000 əsgər istəyib.
Digər ölkələr
9 İyul , 2019 05:58
ABŞ Daxili İşlər Nazirliyi Meksika ilə sərhəddə hərbçi sayının artmasını tələb edib

ABŞ Daxili İşlər Nazirliyi Pentaqondan Meksika ilə sərhəddə yerləşən miqrantlar üçün müvəqqəti saxlama mərkəzləri təmin etmək üçün əlavə 1000 əsgər istəyib.

"Report" xəbər veriri ki, bu barədə CNN ABŞ-ın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, sərhəddə hərbçi sayının artırılması ABŞ-ın gömrük və sərhəd nəzarəti xidmətinə kömək etmək məqsədi daşıyır.

Qeyd edildiyi kimi, Texas qubernatoru Qreq Abbott artıq Milli Qvardiyanın heyətindən istifadə etməyə razılığını verib lakin Pentaqon hələ bu tələbi təsdiqləməyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp sərhədyanı ərazidə yerləşmə mərkəzlərdə olan miqrantların saxlanma şəraitindən narahat olduğunu söyləmişdi.

Son xəbərlər

Orphus sistemi