Maykl Pompeo “Mahan Air”ə qarşı sanksiyaların genişləndirilməsinə çağırıb

Maykl Pompeo “Mahan Air”ə qarşı sanksiyaların genişləndirilməsinə çağırıb Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo İranın “Mahan Air” şirkətinə Almaniya hava limanlarına reyslər həyata keçirməyi qadağan edən bu ölkənin Nəqliyyat və Rəqəmli İnfrastruktur Nazirliyinin qərarını alqışladıqlarını deyərək başqa müttəfiqləri də eyni addımı atmağa çağırıb.
Digər ölkələr
117
21 Yanvar , 2019 19:47
Maykl Pompeo “Mahan Air”ə qarşı sanksiyaların genişləndirilməsinə çağırıb

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo İranın “Mahan Air” şirkətinə Almaniya hava limanlarına reyslər həyata keçirməyi qadağan edən bu ölkənin Nəqliyyat və Rəqəmli İnfrastruktur Nazirliyinin qərarını alqışladıqlarını deyərək başqa müttəfiqləri də eyni addımı atmağa çağırıb.

“Report” xəbər verir ki, M.Pompeo “Twitter”dəki səhifəsində sözügedən hava nəqliyyatı şirkətinin Yaxın Şərqdə silah və hərbçiləri daşıyaraq İranın bölgədə sabitliyə xələl gətirən səylərini dəstəklədiyini bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Almaniya hökuməti təhlükəsizliyi təmin etmək zərurətini əsas gətirərək “Mahan Air”ə ölkə hava limanlarını bağladıqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi