Yuxarı
    Bağlamaq

    ABŞ-dan Çinə uçan təyyarədə 3 nəfəri yaralayan sərnişin pilotların kabinasına soxulmaq istəyib

    Hadisənin törədən hüquq-mühafizə orqanına təhvil verilib, araşdırma aparılır

    Bakı. 7 iyul. REPORT.AZ/ ABŞ-ın Sietl şəhərindən “Delta Аir Lines” aviaşirkətinin təyyarəsi ilə Pekinə uçan sərnişinlərdən biri göyərtədə 3 nəfəri yaralayaraq, pilotların kabinasına soxulmaq istəyib.

    “Report” xəbər verir ki, bu haqda “CNN” telekanalı məlumat yayıb.

    İnformasiyaya əsasən, hadisə “Boeing 767” sərnişin təyyarəsi havaya uçandan sonra olub. Asayişi pozan şəxs tutlub. Baş verən hadisə ilə əlaqədar pilot geri, hava limanına qayıdıb. Məlumata görə, yaralananlardan ikisi sərnişin, bir isə pilotdur.

    Hadisənin törədən hüquq-mühafizə orqanına təhvil verilib, araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi