Yuxarı

ABŞ-da yanğın nəticəsində 5 nəfər həyatını itirib

Ölənlərdən üçü uşaqdır

Bakı. 17 aprel.REPORT.AZ/ABŞ-ın Pensilvaniya ştatının Belvyu şəhərində yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, nəticədə bir ailənin beş üzvü - bir qadın, bir kişi və onların üç uşağı yanaraq ölüblər.

Uşaqlar dörd, altı və on bir yaşlarında olublar.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi