ABŞ-dakı müsəlmanların sayı açıqlanıb

ABŞ-dakı müsəlmanların sayı açıqlanıb Əsrin sonunda müsəlmanların sayının xristianlardan çox olacağı proqnozlaşdırılır
Digər ölkələr
1994
5 Yanvar , 2018 14:49
ABŞ-dakı müsəlmanların sayı açıqlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-da müsəlmanların sayı 3,45 milyona çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı Vaşinqtonda yerləşən Pyu adına Araşdırma Mərkəzi açıqlayıb.

İnformasiyaya əsasən, son 7 ildə ölkədəki müsəlmanların sayı 700 min nəfər çoxalıb.

2050-ci ildə ABŞ-da müsəlmanların sayının 8,1 milyona çatacağı gözlənilir.

2015-ci ildə dünya üzrə müsəlmanların sayı 1,8 milyard olub. 2060-cı ilədək onların sayının 3 milyard olacağı ehtimal edilir.

Əsrin sonunda onların sayının xristianlardan çox olacağı proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi