ABŞ daha çox qaçqınlar qəbul edəcək

ABŞ daha çox qaçqınlar qəbul edəcək ABŞ qaçqınların qəbulu limitini ildə 125 minə qədər artıracaq.
Digər ölkələr
5 Fevral , 2021 02:18
ABŞ daha çox qaçqınlar qəbul edəcək

ABŞ qaçqınların qəbulu limitini ildə 125 min nəfərə qədər artıracaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

"Bu gün mən bizim qlobal miqyasda ehtiyaclara misli görünməmiş kömək etmək üçün qaçqınların qəbulu proqramının bərpası üzrə ağır işə başlayacaq sərəncamı təsdiqləyəcəm", - Dövlət Departamentində xarici siyasət üzrə proqram nitqində çıxış edən Cozef Bayden deyib.

"Bu sərəncam bizə yenidən administrasiyanın birinci maliyyə ilində qaçqınların qəbulunu 125 min nəfərə qədər artırmağa imkan verəcək", - Bayden bildirib.

Qeyd edək ki, ABŞ sabiq prezident Donald Trampın dövründə 2021-ci il üçün 15 min nəfərlik limit qoyaraq qaçqın qəbulunu dayandırıb. Bundan əlavə, Birləşmiş Ştatlar koronavirus pandemiyası səbəbindən faktiki olaraq qaçqınları qəbul etmir.

Son xəbərlər

Orphus sistemi