ABŞ-da zoopark təhlükəsizlik məqsədi ilə təxliyyə edilib

ABŞ-da zoopark təhlükəsizlik məqsədi ilə təxliyyə edilib Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kolorado ştatında yerləşən Denvera heyvanat parkı təhlükəsizlik məqsədi ilə təxliyyə edilib.
Digər ölkələr
3 Oktyabr , 2018 05:57
ABŞ-da zoopark təhlükəsizlik məqsədi ilə təxliyyə edilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kolorado ştatında yerləşən Denvera heyvanat parkı təhlükəsizlik məqsədi ilə təxliyyə edilib.

“Report” xəbər verir ki, bu barədə məlumat müəssisə rəhbərliyinin "Twitter" səhifəsinə yerləşdirilib.

"Qonaqlarımızın, əməkdaşlarımızın və heyvanlarımızın təhlükəsizliyi bizim üçün əsasdır və biz lazımi ehtiyat tədbirləri görürük", - deyə məlumatda bildirilir.

Hazırda zoopark bağlanıb, polis təhlükə barədə məlumatı araşdırır. Piyada və sürücülərdən əraziyə yaxınlaşmamaq xahiş olunub.

Son xəbərlər

Orphus sistemi