ABŞ-da zavodda yanğın zamanı azı 22 nəfər xəsarət alıb

ABŞ-da zavodda yanğın zamanı azı 22 nəfər xəsarət alıb Terror aktı ehtimalı istisna edilir
Digər ölkələr
20 May , 2018 04:41
ABŞ-da zavodda yanğın zamanı azı 22 nəfər xəsarət alıb

Bakı. 20 may. REPORT.AZ/ Amerikanın Texas ştatının Hyuston şəhəri yaxınlığında yerləşən zavodda baş verən yanğın zamanı azı 22 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "AVS13" telekanalı məlumat yayıb.

Yanğın yerli vaxtla səhər saat 10.30-da "Kuraray America, Inc." zavodunda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb. Terror aktı ehtimalı istisna edilir.

Son xəbərlər

Orphus sistemi