ABŞ-da yüz minlərlə insan etiraz aksiyası keçirir - VİDEO

ABŞ-da yüz minlərlə insan etiraz aksiyası keçirir - VİDEO Bakı. 24 mart. REPORT.AZ/ ABŞ-da yüz minlərlə insan ölkədə silah satışına nəzarətin gücləndirilməsi tələbi ilə etiraz aksiyası keçirir.
Digər ölkələr
24 Mart , 2018 22:54
ABŞ-da yüz minlərlə insan etiraz aksiyası keçirir - VİDEO

Bakı. 24 mart. REPORT.AZ/ ABŞ-da yüz minlərlə insan ölkədə silah satışına nəzarətin gücləndirilməsi tələbi ilə etiraz aksiyası keçirir.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.

Məlumata görə, aksiyalar Nyu-Yorkda, Hyustonda, Parklenddə, Minneapolisdə və digər şəhərlərdə keçirilir.

Qeyd edilir ki, etirazçılar Amerikanın Florida ştatında faciə yaşamış məktəblilərin çağırışlarından sonra tədbirlərdə iştirak etməyə qərar veriblər. 

Xatırladaq ki, fevralın 14-də ştatın Parklend şəhərindəki məktəblərdən birində atışma olub. Hadisə zamanı 17 nəfər həlak olub, habelə bir neçə nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi