ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, beş nəfər ölüb

ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, beş nəfər ölüb ABŞ-ın Lafayett şəhərinin (Luiziana ştatı) yaxınlığında göyərtəsində 6 nəfər olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
28 Dekabr , 2019 21:24
ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, beş nəfər ölüb

ABŞ-ın Lafayett şəhərinin (Luiziana ştatı) yaxınlığında göyərtəsində 6 nəfər olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. 

Hadisə yerli vaxtla 09:22-də (17:22 – Bakı vaxtı ilə) baş verib.

Aerodromdan qalxan təyyarə 1,5 km məsafə uçduqdan sonra, “Walmart” mağazalar şəbəkəsinin yanında yerləşən avtomobil dayanacağına düşüb.

Yerli “KPEL” radiostansiyası qəza nəticəsində azı beş nəfərin öldüyü barədə məlumat yayıb. 

Qəza yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi