​ABŞ-da təyyarə qəzası zamanı 6 nəfər həlak olub - YENİLƏNİB

​ABŞ-da təyyarə qəzası zamanı 6 nəfər həlak olub - YENİLƏNİB Təyyarə şəhərin 8 kilometrliyində yerləşən Şennon hava limanının uçuş zolağının yanında ağaca çırpılıb
Digər ölkələr
13 Avqust , 2016 07:37
​ABŞ-da təyyarə qəzası zamanı 6 nəfər həlak olub - YENİLƏNİB

Bakı. 12 avqust. REPORT.AZ/ ABŞ-ın Virciniya ştatında baş vermiş təyyarə qəzası zamanı ölənlərin sayı 6 nəfərə çatıb. 

"Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər yayıb. 

Yerli polisin sözlərinə görə, qəzaya uğradıqdan sonra yanmağa başlamış kiçik mühərrikli təyyarədən 6 nəfərin cəsədi çıxarılıb. Onların şəxsiyyəti və hadisənin başvermə səbəbləri araşdırılır.   

Qəza yerinə ABŞ-ın Mülki Aviasiyasının Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının nümayəndələri, xilasedicilər və polis cəlb olinub.   


***23:58

ABŞ-ın Virciniya ştatının Frederiksburq şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi məlumat yayıb.

Məlumata görə, təyyarə şəhərin səkkiz kilometrliyində yerləşən Şennon hava limanının uçuş zolağının yanında ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb.

Təyyarə bundan sonra yanmağa başlayıb.

Hadisə yerinə xilasetmə briqadası göndərilib.

Son xəbərlər

Orphus sistemi