ABŞ-da yük təyyarəsi uçurumdan aşağı yuvarlanıb, 2 pilot ölüb

ABŞ-da yük təyyarəsi uçurumdan aşağı yuvarlanıb, 2 pilot ölüb Hadisə yerində xilasedici işləyir
Digər ölkələr
5 May , 2017 17:52
ABŞ-da yük təyyarəsi uçurumdan aşağı yuvarlanıb, 2 pilot ölüb

Bakı. 5 may. REPORT.AZ/ ABŞ-ın Qərbi Virciniya ştatında UPS çatdırılması xidmət göstərən yük təyyarəsi Yiger hava limanına eniş zamanı enmə zolağından çıxıb və uçurumdan aşağı yuvarlanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, aeroport nümayəndəsi təyyarənin çox sərt eniş etdiyini, buna görə də idarəetməni tam ələ almağın mümkün olmadığını, nəticədə təyyarənin uçurumdan aşağı yaşıl zonaya yuvarlandığını bildirib.

Məlumata görə, təyyarənin göyərtəsində olan 2 pilot ölüb.

Hazırda hadisə yerində xilasedicilər işləyirlər. Amma təyyarənin uçurumdan aşağı yuvarlanması və əlyetərlilik baxımından çətin ərazidə olması işi mürəkkəbləşdirir.

Hadisə yerinə yaxın yollar müvəqqəti bağlanıb.

Son xəbərlər

Orphus sistemi