ABŞ-da yük maşınının qəzaya uğraması nəticəsində 9 hərbçi ölüb

ABŞ-da yük maşınının qəzaya uğraması nəticəsində 9 hərbçi ölüb Hadisəyə güclü leysan yağışları nəticəsində yaranmış sel olub
Digər ölkələr
4 İyun , 2016 10:57
ABŞ-da yük maşınının qəzaya uğraması nəticəsində 9 hərbçi ölüb

Bakı. 4 iyun. REPORT.AZ/ ABŞ-ın Texas ştatında yük maşınının qəzaya uğraması nəticəsində 9 hərbçi ölüb.

"Report" RBK-ya istinadən xəbər verir ki, qəzaya səbəb güclü leysan yağışları nəticəsində yaranmış sel olub.

Hadisə iyunun 2-də Fort Hud hərbi bazası yaxınlığında baş verib. Güclü sel yük maşınını aşırıb və avtomobil suyun təzyiqi altında batıb. İlk olraq hadisə yerində 4 hərbçinin meyiti tapılıb. Ardından daha 5 hərbi qulluqçunun cansız bədəni aşkarlanıb.

Üç hərbçi yaralı halda xəstəxanaya yerləşdirildikdən sonra evə buraxılıb.

"Reuters"in məlumatına görə, təbii fəlakətin qurbanlarının ümumi sayı 16 nəfər olub. Leysan nəticəsində səviyyəsi xeyli yüksələn Brazos çayının daşması yüzlərlə evin su altında qalması, daşqın ərazisində yerləşən üç həbsxanadan 4 mindən çox məhbusun evakuasiya edilməsi ilə nəticələnib.

Dallas və Hyuston hava limanlarında əlverişsiz hava şəraitinə görə 160-dan çox aviareys ləğv edilib.

Son xəbərlər

Orphus sistemi