Yuxarı
    Bağlamaq

    ABŞ-da yük avtomobili körpüdən kütlənin üstünə düşüb: 4 ölü, 9 yaralı

    Sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə həbs edilib

    Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-da yük avtomobili körpüdən kütlənin üstünə düşüb.

    "Report"un məlumatına görə, bu barədə "телеканал Fox 5." məlumat yayıb. Məlumata görə, hadisə San-Dieqoda baş verib.

    San-Dieqonun yanğın-xilasetmə xidmətinin rəhbəri Brayan Fennesi bildirib ki, qəza zamanı ən azı 4 nəfər ölüb. Habelə 9 nəfər yaralanıb. 

    Hadisəni törətmiş sürücü sərxoş vəziyyətdə olub. O, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə həbs edilib.

    Qəza zamanı yük avtomobilində sərnişin olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi