Bakı. 12 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların Ferfaks şəhərinin (Virciniya ştatı) küçələrindən birində yolun böyük hissəsi çöküb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə barədə "ABC News" telekanalı süjet nümayiş etdirib.
Yol fevralın 10-da çöküb. Əvvəlcə kiçik çala əmələ gəlib, ardınca o, 30 metr uzununa, 7,5 metr eninə genişlənib.
Hazırda yerli hakimiyyət orqanları hadisə yerində iş aparır. Yol dövrəyə alınıb, ərazidə traktor işləyir.