ABŞ-da yeniyetmə Milad hədiyyələri üstündə bacısını güllələyib

ABŞ-da yeniyetmə Milad hədiyyələri üstündə bacısını güllələyib ABŞ-ın Florida ştatında 14 yaşlı yeniyetmə Milad hədiyyələri üstündə münaqişə zamanı 23 yaşlı bacısını güllələyib.
Digər ölkələr
27 dekabr 2023 22:22
ABŞ-da yeniyetmə Milad hədiyyələri üstündə bacısını güllələyib

ABŞ-ın Florida ştatında 14 yaşlı yeniyetmə Milad hədiyyələri üstündə münaqişə zamanı 23 yaşlı bacısını güllələyib.

“Report”un məlumatına görə, bu barədə "The Washington Post" yerli şerifə istinadən məlumat yayıb.

Belə ki, qız Milad ərəfəsində iki yeniyetmə qardaşı arasında kimin ən çox hədiyyə alacağına görə davanı ayırmağa çalışan zaman qardaşlardan biri tərəfindən güllələnib.

Yeniyetmə bacısını tapança ilə sinəsindən güllələyib, nəticədə gənc qız hadisə yerində ölüb. Bir neçə saniyə sonra ikinci yeniyetmə kiçik qardaşının qarnına atəş açıb. Yaralı xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi