ABŞ-da Yeni ili havaya atəş açmaqla qarşılayanlara qarşı cinayət işi açılacaq

ABŞ-da Yeni ili havaya atəş açmaqla qarşılayanlara qarşı cinayət işi açılacaq Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ-ın Kolumbus şəhərinin polis rəisinin müavini Riçard Baş vətəndaşları Yeni ilin gəlməsini havaya atəş açmamaqla qarşılamağa çağırıb.
Digər ölkələr
30 Dekabr , 2017 02:42
ABŞ-da Yeni ili havaya atəş açmaqla qarşılayanlara qarşı cinayət işi açılacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ-ın Kolumbus şəhərinin polis rəisinin müavini Riçard Baş vətəndaşları Yeni ilin gəlməsini havaya atəş açmamaqla qarşılamağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumatda bildirilir ki, o, həmçinin bu hərəkətin qanun pozuntusu kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edilir ki, səlahiyyətli orqanların əməkdaşları bütün ölkə boyu ehtiyac olmadan atəş açma faktına görə cinayət işi qaldıra bilərlər. R.Başın sözlərinə görə, oxşar hərəkətlər təkcə vətəndaşın həyatı və sağlamlığı üçün təhlükə törətmir, həmçinin atışma barədə çoxsaylı məlumatlara reaksiya verməyə məcbur olan polis zabitləri üçün əlavə iş yaradır.

"Bizə mədəniyyəti dəyişdirmək lazımdır. Bizə lazımdır ki, cəmiyyət fəallaşsın və bildirsin – bu, bizim barışmağa hazır olduğumuz o davranış deyil", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi