ABŞ-da yeni hücum helikopteri nümayiş etdirilib

ABŞ-da yeni hücum helikopteri nümayiş etdirilib ABŞ-ın “Bell” şirkəti perspektivli “360 Invictus” hücum helikopterinin videogörüntüsünü paylaşıb.
Digər ölkələr
13 iyul 2022 23:22
ABŞ-da yeni hücum helikopteri nümayiş etdirilib

ABŞ-ın “Bell” şirkəti perspektivli “360 Invictus” hücum helikopterinin videogörüntüsünü paylaşıb.

“Report” “The Drive”a istinadən xəbər verir ki, bu helikopterin artıq 90%-i hazırdır.

“360 Invictus” klassik birvintli sxemə uyğun olaraq yaradılıb.

Helikopter 20 mm-lik XM915 üç lüləli topla silahlanıb. Üstəlik, “360 Invictus” helikopteri “AGM-114 Hellfire” raketləri və “Common Launch Tubes” (CLT) buraxılış qurğuları ilə təchiz edilib.

Son xəbərlər

Orphus sistemi