Nyu-Yorkda yaşayış evində baş vermiş yanğında 5 nəfər ölüb

Nyu-Yorkda yaşayış evində baş vermiş yanğında 5 nəfər ölüb Ölənlərdən 3-nün uşaq olduğu bildirilir
Digər ölkələr
24 Aprel , 2017 02:04
Nyu-Yorkda yaşayış evində baş vermiş yanğında 5 nəfər ölüb
Foto: ochevidets.ru

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ-da baş vermiş yanğında 5 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "New York Post" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Nyu-Yorkda qeydə alınıb. Ölənlərdən 3-nün uşaq olduğu bildirilir.

"Associated Press" isə yanğın zamanı çoxsaylı xəsarət alanın olması haqda xəbər verib. Şahidlər bildiriblər ki, onlar alovun ikimərtəbəli evi bürüməsindən əvvəl partlayış səsi eşidiblər. Bundan sonra yanğın qonşu evlərdən birini də bürüyüb.  

Son xəbərlər

Orphus sistemi