​ABŞ-da xəstəni şikəst edən həkim 45 il azadlıqdan məhrum olunub

​ABŞ-da xəstəni şikəst edən həkim 45 il azadlıqdan məhrum olunub Federal prokuror Ketrin Dik məhkəmədə günahını etiraf edən həkimə 175 il iş istəyib
Digər ölkələr
11 İyul , 2015 13:10
​ABŞ-da xəstəni şikəst edən həkim 45 il azadlıqdan məhrum olunub

Bakı. 11 iyul. REPORT.AZ/ ABŞ-ın Detroyt şəhərində pasienti şikəst edən Farid Fata adlı həkim-onkoloq 45 il azadlıqdan məhrum edilib .

"Report" xəbər verir ki, bu haqda "Associated press" agentliyi məlumat yayıb.

Farid Fata pasientinə təyinatı üzrə olmayan müalicə kursu yazaraq, onu şikəst edib.

Məlumata görə, həkim sığorta şirkətindən pul çəkmək məqsədi ilə dələduzluq sxemi hazırlayıbmış. Bu yolla o, şirkətlərdən milyonlarla dollar çəkə bilib.

F.Fata məhkəmədə günahını etiraf edib: "İstedadımdan sui-istifadə edərək, tamahkarklıq elədim, günaha batdım. Hakimiyyət hərisliyimlə özümü məhv etdim".

O, dələduzluq və ötən il törətdiyi başqa cinayətlərlə bağlı günahlarını boynuna alıb. 

Sığorta şirkətləri ilə birlikdə dövlət bu cinayətdən 533 zərərçəkənin olduğunu müəyyənləşdirib. Həmin sistemdən dövlət və özəl sığorta şirkətləri xəstələrin müalicəsinə 17 milyon dollar xərcləyiblər.

F.Fatanın "Miçiqanın hematologiya və onkologiyası" klinakasının Detroytdə 7 filialı fəaliyyət göstərirmiş. Həmin klinikalarda xərçəng xəstəliyinin müəyyən edilməsi testi keçirilirmiş. Məhkəmədə çıxış edən Harvard Tibb Məktəbinin mütəxəssisləri bir neçə xəstənin aidiyyəti üzrə sənədini çətinliklə tapa biliblər.

Qeyd edək ki, federal prokuror Ketrin Dik həkimin 175 il azadlıqdan məhrum edilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi