ABŞ-da vergi orqanına göndərilmiş bağlamanı açan 10 işçinin səhhətində problem yaranıb

ABŞ-da vergi orqanına göndərilmiş bağlamanı açan 10 işçinin səhhətində problem yaranıb Bağlamaya toxunan ergi işçiləri sonradan başgicəllənmədən və qusmadan şikayət ediblər
Digər ölkələr
544
4 Avqust , 2017 23:46
ABŞ-da vergi orqanına göndərilmiş bağlamanı açan 10 işçinin səhhətində problem yaranıb
"Anadolu"

Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ-ın Kanzas-Siti şəhərində vergi dairəsinə göndərilmiş şübhəli paketə toxunan 10 işçinin səhhətində problem yaranıb.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, vergi orqanına göndərilmiş şübhəli əşya işçilər tərəfindən açılıb.

Bağlamaya toxunan 10 vergi işçisi sonradan başgicəllənmədən və qusmadan şikayət ediblər. Onların bir neçəsi xəstəxanaya yerləşdirilib.

Məsul şəxslər bağlamanı ətrafdakılardan təcrid edərək təhlükəsizlik tədbirləri görməyə başlayıblar. Bağlamada nəyin olduğu və onun hardan göndərildiyi barədə hələlik hər hansı məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi